Naxçıvanı təmsil edən komanda ölkənin intellektual birincisi olub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" üzrə “Universiada” turniri başa çatıb.
“APF” Şirkətlər Qrupunun dəstəyilə Bakı şəhərinə yollanan "Paradoks" komandası ümidləri doğruldaraq "Universiada"nın baş mükafatına sahib çıxıb.
Xatırladaq ki, 16 may 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin (NDU), Xəzər İntellektual Gənclər Klubunun və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən eyniadlı yarışın Naxçıvan şəhər mərhələsinin qalibi olan NDU təmsilçisi "Paradoks" ölkə birinciliyində Naxçıvanı təmsil etmək hüququ qazanmışdı.